Alman siyasətçilər ABŞ-ın Berlindəki səfirinin mövqeyinə reaksiya verib
İyun 05, 2018 17:26 Asia/Baku
Alman siyasətçilər ABŞ-ın Berlindəki səfirinin Almaniya şirkətlərinin İradakı fəaliyyəti ilə bağlı açıqlamasına etiraz ediblər.
Döyçe Vole İnformasiya portalının məlumatına görə, ABŞ-ın Berlindəki səfiri Riçard Gernel yenilərdə müdaxiləkar mövqedə Almaniya şirkətlərindən İranla əməkdaşlığa son qoymalarını istəyib.
Almaniya Sosial Demokrat Partiyasının sədri Andrea Nals bu barədə deyib: Riçard Gernelin diplomatiya məsələləri üzrə təlim almağa ehtiyacı vardır.
Sosial-Demokrat partiyasının sabiq lideri Martin Şülts də deyib: ABŞ-ın Berlindəki yeni səfirinin davranışı daha çox müstəmləkəçi qüdrətə aid radikal sağçı zabitin davranışına bənzəyir.