Londonda anti-sionist yürüş
Londonda yüzlərlə adam dünən sionist rejimin cinayətlərinə qarşı yürüş keçirib.
İRNA-nın verdiyi məlumata görə, Britaniya baş nazirlik binası qarşısından start götürən və parlament binasınadək davam edən yürüşdə iştitrakçılar Fələstin bayrağını daşıyıblar və sionist rejimin cinayətlərini pisləyən, bu rejimə silah satışını pisləyən şüarlar səsləndiriblər.
Yürüşdə " İsrailə ölüm, yaşasın Fələstin", " İşğalçılığa son qoyun" kimi şüarlar səsləndirilib.
Yürüş iştirakçıları həmçinin üzərində "İsrail irqçi rejimdir", "Fələstini azad edin" , "İsrailə silah dəstəyini dayandırın" və "Ədalət naminə Fələstinə dəstək olun" kimi şüarlar yazılmış plakatlar daşıyıblar.
Etiraz yürüşü, sionist rejimin baş naziri Benyamin Netanyahunun sabah üçün gözlənilən London səfəri ərəfəsində baş tutub.