İyun 07, 2018 10:19 Asia/Baku
  • İngiltərənin xarici işlər naziri: Nüvə anlaşması qorunmalıdır

İngiltərənin xarici işlər naziri sionist rejimin baş naziri ilə görüşdə deyib ki, London nüvə anlaşmasının qorunmasına sadiqdir və bu anlaşma regionda təhlükəsizliyin gələcəyinə əmin olmaq üçün ən yaxşı seçimdir.

Boris Conson dünən Londonda Benyamin Netanyahu ilə görüşdə bildirib ki, İngiltərə Fransa və Almaniya ilə yanaşı nüvə anlaşmasına sadiq qalacaq.

İngiltərənin xarici işlər naziri vurğulayıb: London Tehranın nüvə anlaşması çərçivəsindəki öhdəliklərinə sadiq qalması barədə əminlik əldə edəcək.

İngiltərənin xarici işlər naziri həmçinin sionist rejim ordusunun Qəzzədəki son cinayətlərindən nigarançılıq edib və deyib ki, Qəzzədə minlərlə fələstinlinin öldürülməsi və yaralanması barədə təhqiqat zəruridir.

Boris Conson qeyd edib ki, sionist rejimin qərb sahilindəki qəsəbəsalmalarının davam etməsi Fələstində böhranın davam etməsinin əsas maneələrindən biridir.

Sionist rejimin baş naziri dünən özünün nüvə anlaşmasına qarşı sonuncu tapşırıq dayanacağında Berlin və Parisdən sonra Londona daxil olub. O, İngiltərənin baş naziri ilə də görüşübdür.

Teqlər