İyun 07, 2018 10:20 Asia/Baku
  • Avropa Komissiyası İrana qarşı sanksiyaları bloklayan qanunu yeniləyib

Avropa Komissiyası ABŞ-ın nüvə anlaşmasından çıxmasından və bu ölkənin sanksiyalarının geri dönməsindən sonra İran İslam Respublikası barədə icra olunmaq üçün İrana qarşı sanksiyaları bloklayan qanunu yeniləyib.

Avropa Komissiyası dünən bir qanun qəbul edib. Bu qanun Amerikanın İranda fəaliyyət göstərən avropalı şirkətlərə qarşı sanksiyalarının sərhədaşırı nəticələrilə mübarizə imkanı yaradır.

"Bloklayıcı qanun" adlandırılan bu qanun Vaşinqtonun nüvə anlaşmasından çıxması ilə Amerikanın sanksiyalarından kənarda qalmaları üçün İranda investisiya ardınca olan avropalı şirkətlərə imkan yaradacaq.

"Bloklayıcı qanun" ilk dəfə 1996-cı ildə Kubaya qarşı sanksiyardan yan keçmək üçün qəbul olundu, amma heç vaxt icra edilmədi. Bu qanun islahatların aparılması ilə yenilənməli idi ki, İran barədə də işlədilmiş olsun.

Avropa Komissiyası bir bəyanatda bildirib ki, Avropa Birliyinə üzv ölkələr və Avropa Parlamenti "Bloklayıcı qanun"un yenilənməsilə özlərinin ehtimal olunan müxalifətlərini elan etmək üçün iki ay fürsətə malik olacaqlar.

Bəyanatda deyilir: Heç bir etirazın irəli sürülməyəcəyi təqdirdə, qanun avqust ayından və ABŞ-ın İrana qarşı sanksiyalarının birinci dövrünün icrası ilə bir zamanda qüvvəyə minəcək.

Bu yeni qanun avropalı şirkətlərə ABŞ-ın sanksiyalarının sərhədaşırı cəhətlərinə riayət etməyi qadağan edir. Bu şirkətlər kompensasiya almaq haqqına da malik olacaqlar.

Avropa Komissiyası həmçinin digər bir qanun da qəbul edib. Bu qanuna əsasən, Avropa Komissiyası Avropa investisiya bankından İranda fəaliyyət göstərən avropalı investorlara dəstək verməsini istəyir.

Bundan öncə Avropa investisiya bankı çərşənbə günü bildirmişdi ki, bu bank Amerikanın İrana qarşı sanksiyalarına göz yuma bilməz. 

Teqlər