Trampın iftar mərasimi ilə bir vaxtda Ağ Ev önündə etiraz aksiyası
https://azeri.sahartv.ir/news/dünya-i311432-trampın_iftar_mərasimi_ilə_bir_vaxtda_ağ_ev_önündə_etiraz_aksiyası
Hüquq fəalları ABŞ prezidentinin təşkil etdiyi iftar mərasimi ilə bir zamanda Ağ Evin qarşısında aksiya keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 07, 2018 07:53 Asia/Baku
  • Trampın iftar mərasimi ilə bir vaxtda Ağ Ev önündə etiraz aksiyası

Hüquq fəalları ABŞ prezidentinin təşkil etdiyi iftar mərasimi ilə bir zamanda Ağ Evin qarşısında aksiya keçiriblər.

Ağ Evdə iftar mərasiminin keçirilməsilə bir zamanda bir qrup aksiyaçı şüarlar verərək, ABŞ prezidentinin bir neçə müsəlman ölkədən mühacirlərin daxil olmalarına qadağanın qoyulması üzrə səylərinə etiraz edib.

Tramp dünən Ağ Evdə iftar mərasimi təşkil etmişdi.

Müsəlmanlara qarşı başlıca olaraq kəskin çıxışlar edən ABŞ prezidenti öz prezidentliyinin ilk ilində Ağ Evdə iftar mərasimi təşkil etməməklə bu ənənəyə göz yumdu.

Dünənki mərasimə əllidən çox qonaq dəvət olunmuşdu.

Tramp, Ərəbistan səfiri Xalid bin Salman və İordaniyanın Amerikadakı səfiri Dina Kavar bir masanın arxasında oturmuşdular.

Amerikanın böyük islami təşkilatlarının, o sıradan bu ölkənin ən böyük və ən qədim islami orqanlarından sayılan Şimali Amerika İslam Cəmiyyətinin rəhbərləri də Ağ Evdəki iftar mərasimini boykot ediblər.