ABŞ-ın Avropa nazirlərinin müraciətinə dolayısı cavabı: İrana sanksiyada kiməsə güzəştə getməyəcəyik
https://azeri.sahartv.ir/news/dünya-i311628-abŞ_ın_avropa_nazirlərinin_müraciətinə_dolayısı_cavabı_İrana_sanksiyada_kiməsə_güzəştə_getməyəcəyik
ABŞ-ın ticarət naziri cümə axşamı günü Almaniya, Britaniya və Fransa xarici işlər və maliyyə nazirlərinin ABŞ-ın İran əleyhinə ikinci sanksiyalarının Avropa şirkətlərinə şamil edilməməsi üzrə müraciətini rədd edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 08, 2018 09:47 Asia/Baku
  • ABŞ-ın Avropa nazirlərinin müraciətinə dolayısı cavabı: İrana sanksiyada kiməsə güzəştə getməyəcəyik
    ABŞ-ın Avropa nazirlərinin müraciətinə dolayısı cavabı: İrana sanksiyada kiməsə güzəştə getməyəcəyik

ABŞ-ın ticarət naziri cümə axşamı günü Almaniya, Britaniya və Fransa xarici işlər və maliyyə nazirlərinin ABŞ-ın İran əleyhinə ikinci sanksiyalarının Avropa şirkətlərinə şamil edilməməsi üzrə müraciətini rədd edib.

Mehr İnformasiya Agentliyinin məlumatına görə, Vilbur Ross CNBC televiziyası ilə müsahibədə İran əleyhinə qarşıdakı sanksiyaların perspektivi haqda suala cavabda deyib: ABŞ-ın İranla əlaqədar sanksiyalar barədə istisna və ya güzəştinin olacağını düşünmürəm.

Almaniya, Britaniya və Fransa xarici işlər və maliyyə nazirləri bazar ertəsi günü 4 iyunda amerikalı həmkarlarına məktub ünvanlayaraq ölkələrin İranla nüvə sazişinin qorunması haqda öhdəliklərini vurğulayıb və əczaçılıq, səhiyyə və müalicə, energetika, avtomobil, qeyri-hərbi təyyarə, infrastruktur və bankçılıq sektorlarında fəaliyyət göstərən Avropa şirkətlərinin ABŞ-ın İran əleyhinə sanksiyalardan istisna olunmasını istəyiblər.