Tramp G7 qrupu başçılarının birgə bəyanatına dəstəyini geri götürüb
ABŞ prezidenti bildirib ki, Kanada baş nazirinin sözlərinə reaksiyada bu ölkənin Kvebek ştatında keçirilən G7 qrupu sammitinin yekun bəyanatına imzası və dəstəyini geri götürübdür.
Kanadanın baş naziri Castin Trüdo şənbə günü bu ölkənin Kvebek ştatında keçirilən G7 qrupu sammitinin başa çatmasından sonra bir mətbuat konfransında bildiribdir ki, Amerika prezidenti Donald Trampa ədalətsiz rüsumlar tətbiq etməyi davam etdirəcəyi təqdirdə, Kanadanın da dərhal cavab addımları atacağı barədə xəbərdarlıq edibdir.
Trüdonun bu təhdidi Vaşinqtonun Amerikaya polad və alüminium idxalına ağır rüsumlar tətbiq etmək üzrə son addımına cavab olaraq edilibdir.
Donald Tramp Kanada baş nazirinin bu sözlərini yanlış adlandırıb və deyib ki, Trüdo bu iclasda "zəif və etimadolunmaz" bir şəxs olubdur.