Londonda anti-sionist aksiya
Qüds günü yürüşlərinin davamında və İsrail rejiminin baş naziri Benyamin Netanyahunun səfəri ərəfəsində minlərlə nəfər Londonda Fələstin xalqı ilə həmrəylik aksiyasında iştirak və Fələstinə qarşı işğalçılıq siyasətlərinin dayandırılmasını tələb edib.
Yaşlı və cavan, kişi və qadın, müsəlman və qeyri müsəlman olmasından asılı olmayaraq, bu insanlar Fələstin xalqına qarşı zülm və zorakılığa “dur” demək üçün burda, Londonun mərkəzi küçələrində bir araya gəlib.
Bu il Londonda Qüds günü yürüşünə buradan, Ərəbistan səfirliyinin önündən start verilib.
Aksiya iştirakçılarından biri deyir: “Bu ilki yürüşə Ərəbistan səfirliyinin önündən başlamağımızın səbəbi Ali-Səudun ərəb və müsəlman dünyasına, Fələstin xalqına və dünyanın bütün azad insanlarına xəyanət etməsidir.”
Bu gün ABŞ, İsrail və Ərəbistanın təşkil etdiyi şər üçbucağına qarşı qəzəb və nifrətin elan olunduğu gündür.
Bir başqa aksiya iştirakçısı isə deyir: “ABŞ səfirliyinin Qüdsə köçürülməsi əslində Fələstin xalqına qarşı soyqırım planını çəkinmədən həyata keçirməsi üçün Tramp tərəfindən İsrailə yaşıl işığın göstərilməsi idi.”
Bu gün dinindən asılı olmayaraq, haqq və ədalət tərəfdarı olan hər bir kəs burda bir araya gələrək, 70 ildir ki, davam edən Fələstin xalqına qarşı zülmün durdurulmasını istəyib.
Aksiya iştirakçılarından olan yəhudi icmasının nümayəndəsi də deyir: “Sionizm Britaniya imperializmi tərəfindən formalaşdırılmış siyasi bir cərəyandır və yəhudilik dini ilə heç bir əlaqəsi yoxdur. Sionizm bütün dinləri davamçıları arasıdna qarşıdurma və savaş törətmək üçün bir vasitədir.”
Aksiya iştirakçılarından biri isə deyir: “Qərbin İsraili himayə etməsinin başlıca səbəbi bu rejimin ABŞ və Qərbin maraqlarına xidmət etməsidir.”
Fələstin xalqını himayə və sionistlərin cinayətlərinə etiraz İsrailin himayədarlarını da xeyli qəzəbləndirib və bu sivil etiraz aksiyasını güc tətbiq edərək, dağıtmağa çalışıblar.