İyun 12, 2018 13:54 Asia/Baku
  • ABŞ prezidenti və Şimali Koreya rəhbəri danışıqların davamlı olmasına təkid ediblər
    ABŞ prezidenti və Şimali Koreya rəhbəri danışıqların davamlı olmasına təkid ediblər

ABŞ prezidenti və Şimali Koreya rəhbəri arasında Sinqapurda baş tutan görüşün sonunda iki ölkə rəsmiləri arasında danışıqların davam etdirilməsinə təkid olunub.

İRNA-nın məlumatına görə, ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı Sinqapurda Şimali Koreyanın rəhbəri Kim Çen İn ilə görüşdükdən sonra, Koreya Yarımadasının nüvə tərksilahına təkid edib və deyib: anlaşma sənədinin mətni KİV-in ixtiyarına veriləcək.

Şimali Koreyanın rəhbəri Kim Çen İn də Pxenyanın Koreya Yarımadasındakı münaqişəni sonlandırmaqda qətiyyətli olduğunu vurğulayıb və deyib: Danışıqlar davam etdiriləcək.

Vaşinqton Post qəzetinin Tokio ofisinin rəhbəri Anna Fifild isə bu görüşdə Donald Tramp və Kim Çen İn-in 3 sənəd imzaladıqlarını deyib.

Analitiklərin qənaətinə görə, Donald Tramp Amerikanın daxilində və beynəlxalq səviyyədə üzləşdiyi çoxsaylı problemləri nəzərə alaraq, Şimali Koreyanın rəhbəri ilə Sinqapurda baş tutan görüşdən ümumi fikri problemlərdən yayındırmaq üçün bir vasitə kimi istifadə etməyə çalışır.

Teqlər