Rusiya: Koreya böhranı sadəcə Amerika və Ş.Koreyanın əməkdaşlığı ilə həll olunmaz
Rusiya xarici işlər naziri deyib: Koreya yarımadasının böhranı o sıradan bu yarımadanın nüvə silahlarından təmizlənilməsi ABŞ və Şimali Koreya arasında ikitərəfli formada mümkün deyildir.
İRNA-nın verdiyi məlumata görə, Rusiya XİN Sergey Lavrov bu gün deyib: İki tərəfli qaydada Koreya yarımadasının təhlükəsizliyinə təzminan mümkün olmayacaq.
Rusiya XİN başçısı deyib: Amerikanın əksinə olaraq, Pxenyan Rusiya və Çin eləcə də beynəlxalq ictimaiyyət kimi bütün yarımadanın nüvə silahlarından təmizlənilməsini istəyir.
Lavrov deyib: Amerika və Ş.Koreya yarımadanın nüvə silahlarından təmizlənilməsi barədə danışıqlar apararkən istifadə etdikləri ifadələrə diqqətli olmalıdırlar.
ABŞ prezidenti Donald Tramp və Şimali Koreya rəhbəri Kim Çen In dünən Sinqapurda ilk dəfə olaraq görüşdülər və bir razılaşma sənədi də imzaladılar.