İyun 16, 2018 12:54 Asia/Baku
  • Vaşinqton-Pekin ticarət savaşının ABŞ iqtisadiyyatına zərərli nəticələri
    Vaşinqton-Pekin ticarət savaşının ABŞ iqtisadiyyatına zərərli nəticələri

Avropa Birliyiinin sabiq müşaviri xəbərdarlıq edib ki, Trampın Çin ilə ticarət savaşı ABŞ iqtisadiyyatının əksər sektorlarına ziyan vuracaq.

"Qlobal Policy" müəssisəsinin sədri və Avropa Birliyiinin sabiq müşaviri Paulo Von Şiraç deyib: ABŞ iqtisadiyyatının əksər sektorları Amerika ilə Çin arasında artmaqda olan ticarət qarşıdurmasından ziyan çəkəcəklər. Özü də bu elə bir halda baş verir ki, hər iki ölkə ikitərəfli ciddi təhlükəsizlik məsələlərinin həlli ilə məşğul olmalıdır.

Şiraç əlavə edib: İdxalata qoyulan rüsumlardan irəli gələn qiymət artımı iqtisadiyyatın yerdə qalan sektorlarına dominovari təsir göstərəcək və əksər bölmələr zərər çəkəcəklər.

Avropa Birliyiinin sabiq müşaviri söyləyib: Amerika şirkətləri əksərən Çin hökumətinin siyasətlərinin təsiri altındadırlar və Pekin amerikalı şirkətlərin bazara çıxışlarını məhdudlaşdıracaq. Eyni zamanda, amerikalı investorlara qeyri-tarif maneələri və digər sərt zərurətlər tətbiq olunacaq. 

Şariç deyib: Ticarət savaşı Amerikanın Çin qarşısındakı ticarət kəsri məsələsinin həlli üçün münasib yol deyil və Trampın bu barədəki əsaslandırmasını qəbul etmək olmaz.

ABŞ prezidenti Donald Tramp dünən Çin ilə ticarət çəkişməsinin davamında Çindən idxal olunan texnologiya məhsullarına əlli milyard dollar dəyərində yeni tariflər tətbiq edib.

Çin də cavab addımında 659 amerikan məhsulun idxalına əlli milyard dollar dəyərində olan 25 faizlik yeni tariflər tətbiq edibdir.

Teqlər