İyun 18, 2018 09:46 Asia/Baku
  • Yüzlərlə amerikalı Trampın mühacirət siyasətinə etiraz edib
    Yüzlərlə amerikalı Trampın mühacirət siyasətinə etiraz edib

Yüzlərlə amerikalı ABŞ konqresmenlərindən bir qrupu ilə yanaşı, bu ölkənin prezidenti Donald Trampın hökumətinin yeni mühacirət siyasətinə qarşı çıxaraq, Nyu-Cersi ştatında aksiya keçirib.

Donald Tramp hökumətinin yeni mühacirət siyasətinə qarşı çıxan yüzlərlə nəfər Nyu-Cersi ştatında yerləşən bir mühacir təcridxanasının qarşısında aksiya keçirib.

Həmçinin həbs olunmuş mühacirlərdən bir qrupu ilə görüşmək üçün Nyu-Cersi ştatına getmiş beş konqresmen müxaliflərin aksiyasına qoşulubdur.

Tramp hökuməti istisna edilmədən bütün qanunsuz mühacirlərlə məhkəmə yolu ilə rəftar etmək qərarına gəlib və bu siyasət nəticəsində valideynlərin vəziyyəti müəyyən edilənə qədər uşaqları onlardan ayrı saxlanılacaqlar.

Amerika daxili təhlükəsizlik nazirliyinin statistikası göstərir ki, bu ölkənin sərhəd məmurları ötən altı həftə ərzində iki minə yaxın uşağı mühacir valideynindən ayırıb və ya ayrıca düşərgələrdə saxlayaraq, onların ata-analarına təzyiq göstərirlər.

Belə bir halda, ABŞ prezidentinin həyat yoldaşı Melaniya Tramp da bu ölkə hökumətinin həmin siyasətinin tənqidçilərindən sayılır.

Teqlər