Parisdə aksiya
Minlərlə nəfər Paris küçələrində aksiya keçirərək, mühacirlərə öz dəstəyini elan edib.
Bu şəxslər aksiya keçirmək üçün İtaliyanın Vintimille şəhərindən Parisə gəlmiş insanlara qoşulublar. Aksiyaçılar sərhədlərin bağlanmasına və həmrəyliyin əngəllənməsinə öz etirazlarını bildiriblər. Bu aksiya "mühacirlər üçün həmrəylik" adı altında keçirilib.
Aksiyaçıların əllərində tutduqları plakatlarda bunlar yazılmışdı: Bizim hamımız digər yerlərdən gəlmişik, Akvarius, yəni Fransanın əxlaq pozğunluğu. Həmrəyliyin qadağan olunmasına mənfi cavab verin. Didərginlər xoş gəlmisiniz.
Bəzi şəxslərin əllərində də yeni anti-kapitalist partiya olan NPA-nın və anti-irqçi təşkilat olan Mrap-ın bayraqları olub. Yürüş Bastil meydanından başlayıb və aksiyaçılar mühacirlərə dəstək şüarları verərək, Respublika meydanına gediblər.