Makedoniyanın adının dəyişdirilməsinin ardınca bu ölkədə və Yunanıstanda aksiyalar keçirilib
Makedoniyanın adının dəyişdirilməsi üçün bu ölkə ilə Yunanıstan arasında razılaşmanın imzalanmasının ardınca iki ölkə vətəndaşları aksiyalar keçiriblər.
Yunan xalqının dünən gecə Makedoniya ilə Yunanıstan arasında razılaşmanın imzalanmasına qarşı keçirdiyi aksiya zorakılıqla nəticələnib və bir neçə nəfər yaralanıbdır.
Qəzəbli yunan xalqı razılaşmanın imzalandığı məkanın ətrafına düzülmüş polis halqasını bir neçə dəfə sındırmağa çalışıb, lakin təhlükəsizlik qüvvələrinin müqavimətilə üzləşibdir.
Polis aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Nəticədə bu məntəqə sakinlərindən bir qrupu tənəffüs problemi ilə üzləşib. Digər bir qrup da dəyənək zərbələri ilə yaralanaraq, xəstəxanalara köçürülübdür.
Makedoniya polisi bu ölkənin paytaxtı Skopyedə etirazçılara qarşı gözyaşardıcı qaz işlədib. Etirazçılar dövləti xəyanətdə ittiham ediblər.
Bazar günü Makedoniya və Yunanıstanın xarici işlər nazirləri Makedoniyanın adının Şimali Makedoniya Respublikasına dəyişdirilməsi barədə razılaşma imzalayıblar. Bu razılaşma iki ölkənin parlamentləri tərəfindən ratifikasiya olunmalıdır. Makedoniya sentyabrda bu ölkənin adının Şimali Makedoniya Respublikasına dəyişdirilməsi barədə referendum keçirməlidir.