İyun 18, 2018 21:30 Asia/Baku
  • Almaniya Avstriya siyasətçilərindən casusluq edirmiş
    Almaniya Avstriya siyasətçilərindən casusluq edirmiş

Avstriya dövlətinin Berlindən şəffaflıq tələb etdiyi bir halda, Almaniyanın kəşfiyyat xidməti deyir ki, hər bir digər ölkəyə deyil, yalnız öz ölkəsinin dövləti və parlamenti qarşısında hesabat verməyə borcludur.

Almaniyanın kəşfiyyat amillərinin Avstriya ərazisində yerləşən şirkətlər, beynəlxalq orqanlar və siyasətçilərdən mütəşəkkil şəkildə casusluq etmələri bu ölkənin dövlət başçılarının etirazlarına səbəb olubdur.

Kişi: Dost ölkələr arasında casusluq nəinki qeyri-adi və xoşagəlməz bir hərəkətdir, həm də qəbuledilməzdir. Bu kimi hərəkətlər uzaq perspektivdə ölkələrimiz arasındakı etimadı xətərə salacaq.

Avstriya mediaları bildiriblər ki, Almaniyanın kəşfiyyat xidməti 1999-2006-cı illər arasında bu ölkədəki silah istehsalçıları, şirkətlər, banklar, beynəlxalq təşkilatlar və siyasi orqanlarda iki minə yaxın casusluq edibdir.

Kişi: Bilmək istəyirik ki, Almaniyanın kəşfiyyat amilləri Avstriyada kimləri nəzarət altında saxlamışdılar. Və əmin olmaq istəyirik ki, bu əməliyyat başa çatıbdır.

Deyilənlərə görə, xüsusən Vyanada yerləşən beynəlxalq təşkilatlar kəşfiyyat amillərinin nəzarəti altında olublar və hələ məlum deyilidir ki, görən, toplanmış informasiyalar digər casusluq orqanlarına da ötürülüb, yoxsa yox.

Teqlər