Ş.Koreya rəhbəri Çin prezidentilə görüşüb
İyun 19, 2018 17:54 Asia/Baku
-
Ş.Koreya rəhbəri Çin prezidentilə görüşüb
Şimali Koreya rəhbəri və Çin prezidenti qarşılıqlı əlaqələrin genişləndirilməsini vurğulayıblar.
Şimali Koreya rəhbəri Kim Çen In və Çin prezidenti Si Tsinpin bu gün Pekində görüşərək, iqtisadi əlaqələr daxil olmaqla ikitərəfli əlaqələrin gücləndirilməsi yolları barədə danışıblar.
İki ölkənin başçıları həmçinin bu görüşdə Koreya yarımadası hadisələrini araşdırıblar.
Çin xarici işlər nazirliyinin sözçüsü Genq Suan da Şimali Koreya rəhbərinin Pekinə səfərini önəmli adlandırıb və bildirib ki, bu səfər iki ölkə arasında strateji əlaqələrin, həmçinin regionda sülh və stabilliyin güclənməsinə səbəb olacaqdır.
Şimali Koreya rəhbəri Kim Çen In ikigünlük səfər məqsədilə bu gün Pekinə daxil olubdur.