İyun 20, 2018 11:38 Asia/Baku
  • ABŞ sanksiyalarına tabe olanları cəzalandıracağıq
    ABŞ sanksiyalarına tabe olanları cəzalandıracağıq

Britaniya XİN rəhbəri: Avropalı ortaqlarımız və digər şəriklərimizlə bərabər İranın mənafeyinə zəmanət verilməsi üçün lazımı tədbirləri görəcəyik və Amerikanın sanksiyalarına tabe olanları cəzalandıracağıq.

Britaniya xarici işlər naziri Boris Conson bu ölkənin leyboristlər palatasının xarici komitəsinin sədri Tom Tagenhata ünvanladığı məktubda İranın Amerikanın Əhatəli Müştərək Təşəbbüs Proqramından çıxmasına hesablanmış cavabına təkid edərək yazıb: Biz İrandan ƏMTP çərçivəsindəki öhdəliklərinə sadiq qalacağını gözləyirik və bunun müqabilində biz avropalı ortaqlarımız və digər şəriklərimizlə birlikdə sanksiyaların yumşaldılması ilə İranın mənafelərinə zəmanət verilməsi üçün lazımı işləri görürük. 

Conson yazıb: Avropa Birliyinin dondurucu qanunları 1996-da qəbul edildi. Bu qanunlar üzv ölkələrin sakinləri, AB-də qeydiyyatdan keçmiş hüquqi şəxslər və AB daxilində peşəkar fəaliyyətlə məşğul olanları Amerikanın sərhədaşırı sanksiyalarına tabe olmaqdan çəkindirir. Bu qaydaların icrası Avropa Birliyi ölkələrinin üzərinə düşür və Amerikanın sanksiyalarına tabe olanlara qarşı istifadə oluna bilər. 

Teqlər