İyun 22, 2018 09:00 Asia/Baku
  • BMT əl-Hüdəydə qarşıdurmalarının mənfi nəticələri haqda xəbərdarlıq etdi
    BMT əl-Hüdəydə qarşıdurmalarının mənfi nəticələri haqda xəbərdarlıq etdi

BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi cümə axşamı günü Səudiyyə Ərəbistanının başçılıq etdiyi təcavüzkar koalisiyanın Yəmənin qərbində əl-Hüdəydə limanına hücumunun təhlükəli siyasi və insani mənfi nəticələri haqda xəbərdarlıq edib.

Əl-Məyadin televiziyasının məlumatına görə, Martin Grifits deyib: Mənim əsas prioritetim əl-Hüdəydədə hərbi qarşıdurmanın güclənməsinin qarşısını almaqdır və qarşıdurma tərəflərinin müzakirə masasına qayıtmalarına çalışıram. 

BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi əlavə edib: Əl-Hüdəydə limanında gərginliklərin güclənməsinin qarşısını almaq üçün bütün qarşıdurma tərəfləri ilə məsləhətləşməni davam etdirəcəyəm. 

O əl-Hüdəydədə insan faciəsinin təhlükəsi haqda deyib: Bu limanda yüz minlərlə sivil ciddi təhlükə ilə üzləşib və Əl-Hüdəydə limanı ətrafında yaşayan uşaqların 25% güclü qida çatışmazlığından əziyyət çəkir. 

Bu arada Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edib ki, səudiyyəli koalisiya qüvvələrinin əl-Hüdəydə şəhərinə hücumu 2 milyon 600 min nəfərin həyatını təhlükə ilə üzləşdirib. 

BMT-nin humanitar məsələlər üzrə koordinasiya ofisi də bildirib: Əl-Hüdəydə şəhərində savaş davam etdiyi halda, təxmənin 5 min yəmənli ailə öz ev-eşiyini tərk etməyə məcbur olacaq. 

Teqlər