Qvatemala vətəndaşları Trampın miqrantlara qarşı hərəkətlərindən qəzəblənib
Çoxlu sayda Qvatemala vətəndaşı bu ölkə rəsmilərinin ABŞ-da miqrasiya böhranı ilə əlaqədar sözlərinə reaksiya veriblər.
Əlcəzirə televiziyasının məlumatına görə, ABŞ-a gedənlərin çoxu Qvatemala vətəndaşıdır.
ABŞ-ın yaxın müttəfiqi Qvatemala bildirib ki, Birləşmiş Ştatlar prezidenti Donald Trampın qərar və siyasətlərinə hörmətlə yanaşır. Lakin Qvatemala hökuməti ölkədə Trampın siyasətlərinə nifrətin artması ardınca, öz mövqeyindən geri çəkilib.
Çoxlu sayda Qvatemala vətəndaşı bu ölkə rəsmilərinin ABŞ-da miqrantların böhranı ilə əlaqədar sözlərinə reaksiya verib.
Qvatemala prezidenti Cimmi Moralesin sözçüsü bildirib: Qvatemala hökuməti miqrasiya ilə əlaqədar ABŞ-ın siyasətlərinə hörmətlə yanaşır. O bu sözlərdən sonra tutduğu vəzifədən kənarlaşdırılıb.
Sonra Qvatemala xarici işlər naziri bildirib: ABŞ-da saxlanılan uşaqlar çox yaxşı şəraitdə qorunurlar. Lakin Qvatemala hökuməti bütün bu qalmaqallı açıqlamalardan geri çəkilib. Bununla belə vətəndaşlar Qvatemala hökuməti, eləcə də ABŞ hökumətinə qəzəblidirlər.