İyun 23, 2018 09:21 Asia/Baku
  • Meksikada anti-Amerika aksiyası
    Meksikada anti-Amerika aksiyası

Meksika xalqı dünən bu ölkənin paytaxtı Mexiko-sitinin küçələrində ABŞ prezidenti Donald Trampın immiqrasiya siyasətlərinə qarşı aksiya keçirib.

Aksiya iştirakçıları ABŞ prezidenti Donald Trampın meksikalı miqrantlara, xüsusən uşaqlara qarşı immiqrasiya siyasətlərini rasistcəsinə siyasətlər adlandıraraq, bu siyasətlərin dayandırılmasını istəyiblər.

Amerikanın hazırkı hökumətinn qanunsuz miqrantların bu ölkəyə girişlərini əngəlləmək üzrə "sıfır təmkinlilik" siyasəti çərçivəsində ABŞ-ın sərhəd təhlükəsizlik orqanı mayın 5-dən iyunun 9-dək 2342 uşağı miqrant valideynindən ayıraraq, həbs edibdir.

ABŞ prezidenti "sıfır təmkinlilik" siyasətindən geri çəkilərək, çərşənbə günü bir fərman imzaladı. Həmin fərmana əsasən, məhkəmə araşdırması zamanı qanunsuz miqrantların uşaqlarının valideynlərindən ayrılması prosesi dayandırılır. Bununla belə, Tramp vurğulayıb ki, heç bir istisna olmadan bütün qanunsuz miqrantlarlarla məhkəmə rəftarına əsaslanan "sıfır tolerantlıq" siyasəti öz qüvvəsində qalmaqda davam edəcəkdir.

Onun sözlərinə görə, bundan sonra uşaqlar valideynlərindən ayrılmayacaq və öz valideynləri ilə birlikdə həbs olunacaqlar.

Birləşmiş Ştatlar hökumətinin mühacirlər, xüsusən uşaqlar ilə qeyri-insani rəftarı büün dünyada geniş tənqidlərə səbəb olubdur.

Teqlər