Florida sakinləri immiqrantların saxlanıldığı həbs düşərgəsinin bağlanılmasını istəyiblər
ABŞ-ın Florida Ştatında prezident Donald Trampın mühacirət siyasətləri ilə müxalif olanlar mühacir uşaqların valideynlərinin əlindən alınaraq, təcrid olunmuş düşərgələrdə saxlanılmasına qarşı çıxıblar.
CNN telekanalının verdiyi məlumata görə, Homestead sakinləri mühacir uşaqların saxlanıldığı düşərgənin yaxınlığında aksiya keçirərək, bu düşərgənin bağlanılmasını istəyiblər.
CNN həmçinin bildirir: Aksiya iştirakçıları ABŞ prezidenti Donald Trampın immiqrantlara qarşı "Sıfır Tolerantlıq" (Tolerance Zero) siyasətini "əzab verici" adlandırıblar.
Aksiya iştirakçıları Trampın bu siyasətlərinə etiraz olaraq, üzərinə faşist Almaniyasını xatırladan sınmış xaç şəkli olan bayraqlar daşıyıblar.
Trampın immiqrantlarla bağlı "Sıfır Tolerantlıq" siyasətinə əsasən qanunsuz mühacirlərin övladları valideynlərinin əlindən alınır və təcrid olunmuş düşərgələrdə saxlanılır.
MKİ-nin sabiq şefi Maykl Hidn CNN kanalına verdiyi müsahibədə Trampın bu siyasətini ikinci dünya müharibəsindən öncə faşist Almaniyasının formalaşmasını və "Aşovits" zindanlarının yaranmasını xatırladan hərəkət adlandırıb.