Paris ƏMTP üzrə öhdəliklərinə bir daha təkid edib
-
Paris ƏMTP üzrə öhdəliklərinə bir daha təkid edib
Fransanın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi Əhatəli Müştərək Təşəbbüs Proqramını çoxtərəfli razılaşma adlandıraraq deyib: Paris hələ də bu razılaşmaya və onun əsasında öz üzərinə götürdüyü öhdəlikləri davam etdirir.
İRNA-nın verdiyi məlumata görə, Fransua Delatre BMT TŞ-nin iclasında deyib: Çox cəhətli siyasət, BMT-nin rolu və beynəlxalq qanunlara hörmət hər bir ölkənin qarşısında duran yollardır.
Fransanın BMT-dəki nümayəndəsi deyib: Bununla əlaqədar Təhlükəsizlik Şurasının rolu əsas əhəmiyyətə malikdir və bunu 2231 saylı qətnaməni qəbul etməklə göstərmiş oldu.
Delatre deyib: ƏMTP beynəlxalq ictimaiyyətin iradəsi, həqiqət görənliyi və əməli addımının məhsuludur və Fransa bu razılaşma çərçivəsində öz öhdəliklərini davam etdirəcək.
ABŞ prezidenti Donald Tramp cari il 8 mayda birtərfli qaydada və qeyri-qanuni şəkildə İran ilə imzalanmış beynəlxalq nüvə sazişindən çıxdı.
Amerikanın bu qərarı qarşılığında Fransa, Rusiya, Britaniya, Almaniya və Çin bu razılaşmaya sadiq qaldıqlarını bildiriblər.