Makrona qarşı korrupsiya araşdırmalarına başlanılıb
İyun 26, 2018 12:13 Asia/Baku
-
Makrona qarşı korrupsiya araşdırmalarına başlanılıb
Fransanın Lion şəhərinin məhkəməsi bu ölkə prezidenti Emanuel Makronun seçki kampaniyası dövründə xalqı malını mənimsəməsi və dövlət büdcəsindən şəxi maraqlar üçün istifadə etməsi barədə ilkin araşdırmalara başlayıb.
İRİB-in Parisdən verdiyi məlumata görə, bu araşdırmalar hazırkı daxili işlər naziri və Lionun keçmiş meri Jerard Kolombun razılığı ilə Emanuel Makronun seçki kampaniyası üçün istifadə edilmiş maliyyə imtiyazları barədə şübhələri əhatə edir.
Araşdırmalara görə, Makron seçki kampaniyasında qanuni limitdən daha çox yəni 15-20 faizlik maliyyə güzəştlərindən faydalanıb.
Fransa parlamentinin bir qrup nümayəndəsi də son vaxtlar bu barədə Fransa məhkəməsinə bir şikayət ərizəsi təqdim edib.