Əl-Cəzair Ali İslam Şurası inqilab rəhbərinə təşəkkürünü bildirib
-
Əl-Cəzair Ali İslam Şurası inqilab rəhbərinə təşəkkürünü bildirib
Əl-Cəzair Ali İslam Şurası, islam inqilabının böyük rəhbərinin əziz islam peyğəmbərinin(s.ə) səhabələrinə qarşı təhqirlərin haram olduğu və Peyğəmbərin(s.ə) həyat yoldaşlarının hörmətinin saxlanılmasının vacibliyinə dair fitvasını yüksək qiymətləndirib.
Əl-Məyadinin verdiyi məlumata görə, Əl-Cəzair Ali İslam Şurası bu fitvanın islam ümmətinin vəhdəti istiqamətində atılan addım adlandırıb.
Sözü gedən şuranın baş katibi Buzeyd Bumdin deyib: Təhqir və söyüş zorakılığa gətirib çıxarır və bəzi peyk kanallarının bu prossesdə rolları var.
Əl-Cəzair Ali İslam Şurasının baş katibi deyib: Dini etiqadların təhqir edilməsinə qadağa qoyan qanunlar qəbul edilməlidir ona görə ki, bəzi ölkələr, siyasi məqsədlər istiqamətində dini həssaslıqları qıcıqlandırırlar.