Slovakiya mühacirlərlə bağlı kvotanın təyin edilməsinə qarşı çıxdı
Slovakiyanın baş naziri Avropada qanunsuz mühacirlərin icbari şəkildə qəbul edilməsi üzrə kvotanın təyin edilməsinə qarşı çıxıb.
Çin xəbər agentliyinin verdiyi məlumata görə, Piter Pelqrini Slovakiya Parlamentinin Avropa məsələləri üzrə komitəsinin Avropa Birliyinə üzv ölkələrin mühacirlərlə bağlı sammitindən öncə baş tutan iclasında qeyri-qanuni immiqrantların icbari formada qəbul olunması üçün kvotanın təyin edilməsinə qarşı çıxaraq, başqalarının səhvlərinə görə ölkəsinin zərər çəkməməli olduğunu deyib.
Pelqrini əlavə edib: Slovakiya qeyri-qanuni mühacirət ilə mübarizəyə hər zaman olduğundan daha artıq diqqətin ayrılmalı olduğu qənaətindədir. Bunun üçün isə ilk olaraq mühacirətə səbəb olan problemlər həll olunmalı və Avropa Birliyinin sərhədləri möhkəmləndirilməlidir.
Pelqrini Avropa Birliyinə üzv ölkələrin sammitində də hansısa müsbət nəticənin əldə olunacağına nikbin yanaşmadığını bildirib və deyib: Bu iclas asan olmayacaq və heç kim mühacirət məsələsi xüsusilə də Dublin qanunu barədə razılığın əldə olunacağını gözlməməlidir.
Slovakiyanın baş naziri həmçinin deyib: Slovakiyanın qənaətinə görə, əgər, Dublin qanununa ediləcək dəyişiklik immiqrantların qəbul edilməsi üzrə kvotalaşdırmaya səbəb olarsa, bu icbari şəkildə yox, könüllü formada olmalıdır. Və Slovakiya immiqrantları qəbul etməkdən imtina edən ölkələrə qarşı sanksiyaların tətbiq edilməsinə də qarşı çıxacaq.