İyun 30, 2018 16:54 Asia/Baku
  • Rusiya sanksiyaların ləğv edilməsi haqda danışıqlar aparmaq niyyətində deyil
    Rusiya sanksiyaların ləğv edilməsi haqda danışıqlar aparmaq niyyətində deyil

Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvanın Rusiya əleyhinə sanksiyaların ləğv edilməsi üzrə heç bir tərəf ilə müzakirə aparmaq niyyətində olmadığını deyib.

Sergey Lavrov deyib: Bu məsələ bizə aid deyil. Bu, sanksiyaları tətbiq edən tərəflərə aid olan bir məsələdir. Sanksiyaları davam etdirmək istədikləri və ya məntiq əsasında davranmaq istədikləri barədə onlar qərar qəbul etməlidirlər. 

Sergey Lavrov 16 iyulda Helsinkidə Rusiya və ABŞ prezidentləri arasında baş tuacaq görüşdə sanksiyalar məsələsinin gündəmdə duracağı barədə sualın cavabında deyib: Sanksiyalar sadəcə əlaqələrin daha da korlanmasına səbəb olub. 

Lavrov əlavə edib: Ötən illərdə biz çox şey öyrənmişik. Bunlardan biri, bu kimi məsələlərdə Qərbə etimad etməyin düzgün olmadığıdır. 

Lavrov həmçinin deyib: Siz Qərb texnologiyalarına etibar edə bilməzsiniz. Çünki, onlar bir anda gözlənilmədən dayana bilərlər. Siz gündəlik həyat üçün ehtiyac duyduğunuz məhsullara görə Qərbdə arxalana bilməzsiniz. Çünki, bir gün bu məhsulların verilməsi dayandırıla bilər. 

Teqlər