Paris bir daha terrorçu münafiqlər qruplaşmasına qucaq açdı
-
Paris bir daha terrorçu münafiqlər qruplaşmasına qucaq açdı
Terrorçu münafiqlər qruplaşmasının Parisdə keçirilən iclasında ABŞ-ın 35 sabiq dövlət rəsmisi iştirak edib. Bu iclasda İran əleyhinə təhdid və təzyiqlərə təkid edilib. İclasın keçirildiyi məkanın qarşısına toplaşan bir qrup isə bu terrorçu qruplaşmanın Parisdə iclas keçirməsinə etiraz edib.
Bu gün Parisin Şatri meydanında piket keçirənlər bir gün terrorçu münafiqlər qruplaşmasının toruna düşən və daha sonra bu qruplaşmanın sıralarını tərk edən şəxslərdirlər.
Aksiya iştirakçılarından biri deyir: “Mən bir zamanlar bu qrupun üzvü olmuşam. Və Rəcəvinin iştirakı ilə keçirilən bütün məxfi iclaslarda iştirak etmişəm. Mənim bu qruplaşmadan ayrılmağımın əsas səbəbi ailə məsələlərinə müdaxilə, zorla boşanmağa vadar etmək, uşaqları valideynlərindən zorla almaq həmçinin, İraqda şiələrin qırğın edilməsində bu qruplaşmanın yaxından iştirak etməsi olub. Və mən bütün bunların şahidi olmuşam.”
Bir zamanlar Rəcəvi qruplaşmasının üzvü olanlar bu gün burda bir araya gələrək bu cinayətkar qruplaşmanın həqiqi simasını dünyaya tanıtdırmağa və köhnə yaralarına məlhəm olmağa çalışırlar: “Təqribən 10 il öncə Rəcəvinin cinayətkar qruplaşmasının əsirliyindən xilas olmağa nail olmuşam. Və o zamandan bəri bütün vaxtımı Rəcəvinin əsirinə çevrilmiş kişi və qadınların azadlığı uğrunda mübarizəyə həsr etmişəm. Bu qruplaşma onları manqurtlaşdırmaq yolu ilə, insanları öz qullarına çevirir.”
Bu etiraz aksiyası terrorçu münafiqlər qruplaşmasının Parisin yaxınlığında yerləşən Vilpən məntəqəsindəki illik iclası ilə bir vaxtda keçirilib. Bu iclasda Amerika və Avropadan gəlmiş cinayətkar simalar da iştirak edib. ABŞ prezidentinin hüquq məsələləri üzrə müşaviri Rudi Culyani də bu iclasın iştirakçılarından olub. Fransa hökumətinin belə bir iclasın keçirilməsinə icazə verməsi hələ də Tehran-Paris münasibətlərində qaranlıq nöqtə olaraq qalmaqdadır.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu barədə deyir: Biz Fransa rəsmiləri ilə danışıqlarımızda daim bu məsələyə işarə etmişik. Onlar isə bu qruplaşma ilə heç bir əlaqəyə malik olmadıqlarını deyirlər. Bizim qənaətimizə görə isə İran xalqı yanında mənfur olan bir qrupa belə bir iclas keçirmək icazəsi vermək sual doğuran məqam olaraq qalmaqdadır.
İnsan haqlarının beşiyi olduğunu iddia edən bir ölkədə belə bir cinayətkar qrupun iclas keçirməsinə icazə vermək Fransa adına böyük bir rüsvayçılıqdır. o