İyul 02, 2018 13:10 Asia/Baku
  • Amerikan komandan Yəməndə əsir götürülüb
    Amerikan komandan Yəməndə əsir götürülüb

Yəmən mediaları bildiriblər ki, Birləşmiş Ərəb Əmirlikləri üçün Yəməndə döyüşən Amerikanın Black Water şirkətinin komandanlarından biri Yəmən ordusu və xalq komitələri tərəfindən əsir götürülüb.

İRNA-nın verdiyi məlumata görə, Yəmən mediaları məlumatlı qaynaqlara istinadla bildiriblər ki, yəmənlilərin xeyrinə olaraq strateji dəyişikliklərə səbəb ola biləcək bu hərbçi əməliyyat komandanı və ABŞ vətəndaşıdır. 

Tvitterdə BƏƏ-nin agentlərindən olduğu ehtimal edilən ifşaçı "kölgəsiz" səhifənin idarəçisi də bildirib ki, Yəmən ordusu və Ənsarullah qrupu bizimlə müqaviləsi olan Black Water şirkətinin komandanlarından birini əsir ediblər və yaxın zamanlarda bu barədə video təqdim olunacaq.

Black Water Amerikanın özəl təhlükəsizlik şirkətidir və pul alaraq hərbi xidmətlər təqdim edir. 

BƏƏ-nin xarici işlər üzrə müşavir naziri Ənvər Qərqaş isə dünən Yəmənin Əl-Hüdəydə vilayətinin işğalı əməliyyatının dayandırılmasından xəbər verib. O bu qərarın BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffitsin Ənsarullah qüvvələrinin qeyd-şərtsiz olaraq geri oturmaları üçün razılığa gəlmək səylərinə şərait yaratmaq niyyəti ilə əsaslandırıb. 

Səudiyyə koalisiyası qüvvələri Amerika, Britaniya və Fransanın himayəsi ilə 13 iyundan Əl-Hüdəydə limanına hücuma start veriblər. Təcavüzkarlar ağır insan tələfatı və maddi ziyana düçar olaraq bu limanın işğalında nakam qalıblar.

Teqlər