İyul 02, 2018 13:31 Asia/Baku
  • İŞİD Cəlalabad terror aktının məsuliyyətini öz üzərinə götürüb
    İŞİD Cəlalabad terror aktının məsuliyyətini öz üzərinə götürüb

Terrorçu İŞİD qrupu dünən gecə Əfqanıstanın Nəngərhar vilayətində Cəlalabad şəhərində törədilən terror aktının məsuliyyətini öz üzərinə götürüb.

İRİB-in verdiyi məlumata görə, dünən Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəninin Cəlalabada səfəri ilə eyni zamanda bir kamikadze əhalinin içərisində özünü partladaraq 20 nəfərin ölümü, 20 nəfərin də yaralanmasına səbəb oldu. 

İŞİD terrorçu qrupu bildirib ki, bu terror aktında prezident Əşrəf Qənini hədəfə almaq niyyətində imiş. 

Partlayış Əşrəf Qəninin Pəştunistan meydanındakı çıxışından sonra baş verib. 

Əfqanıstan prezidenti partlayış zamanı hadisə yerində olmayıb. 

Son aylarda Əfqanıstanın müxtəlif bölgələrində terror aktları artıb. Bu isə sakinlərin etirazlarına səbəb olub. 

Terrorçu İŞİD qrupu və taliblər terror aktlarının əksəriyyətinin məsuliyyətini öz üzərlərinə götürüblər. 

Əfqanıstanda terrorçu qrupların artması elə bir şəraitdədir ki, ABŞ və onun müttəfiqləri 2001-ci ildən terrorizm ilə mübarizə bəhanəsi ilə Əfqanıstanda hərbi fəaliyyətə malikdirlər. 

Amerikanın Əfqanıstanda hərbi fəaliyyəti bu ölkədə terrorizmin geniş vüsət alması, narkotik maddələrin istehsalının artması və destabilliyin yayılmasına səbəb olub. 

Teqlər