İyul 07, 2018 12:25 Asia/Baku
  • ABŞ-ın ikinci iri bankı
    ABŞ-ın ikinci iri bankı "İranın sifır neft ixracı" siyasəti barədə xəbərdarlıq edib

ABŞ-ın ikinci iri bankı "İranın sifır neft ixracı" siyasəti barədə xəbərdarlıq edib.

"Bank of Amerika"nın nəzarəti altında fəaliyyət göstərən Amerikanın "Merrill Linç" bankı xəbərdarlıq edib ki, bu ölkə dövlətinin İranın neft ixracatının tam şəkildə kəsilməsi qərarına gələcəyi təqdirdə, dünya bazarlarında neftin qiyməti hər bareldə 120 dollardan yuxarıya qalxacaqdır.

ABŞ dövləti vurğulayıbdır ki, noyabrın dördünədək İranın neft ixracını sıfıra endirəcəkdir.

ABŞ dövlət departamentinin bir rəsmisi bundan öncə iddia etmişdi ki, bu ölkə dövləti İranın neft ixracını sıfıra endirmək ardıncadır və İran neftini satın alan şirkətlər və ya ölkələrdən heç birinə sanksiya istisnaları vermək niyyətində deyildir.

Teqlər