İyul 09, 2018 10:26 Asia/Baku
  • Mərakeşin şimalında anti-hökumət aksiyaları davam edir
    Mərakeşin şimalında anti-hökumət aksiyaları davam edir

Mərakeşin Kasablanka şəhərində minlərlə nəfər aksiya keçirərək, bu ölkədə etiraz hərəkatı üzvlərinin azadlığa buraxılmalarını tələb edibdir.

Dünən Kasablanka şəhərində şüarlar verən etirazçılar Rif etiraz hərəkatının tələblərinə öz dəstəklərini bildirərək, bütün bu məhbusların əfv olunmaları vacibliyini vurğulayıblar.

Aksiya qeyri-hökumət cəmiyyətləri və bir qrup solçu partiyanın çağırışı ilə keçirilib. Etirazçıların əllərindəki plakatların üzərlərində hökumətin Rif hərəkatının tələblərinə cavab verməməsini pisləyən şüarlar yazılmışdı.

Bir Mərakeş məhkəməsi son zamanlar və bu ölkənin şimalında yerləşən Rif məntəqəsində etirazların başlanmasından il yarım keçəndən sonra etiraz hərəkarının lideri Nasir Əlzəfzafini 20 il həbsə məhkum etdi.

Bu hərəkatın daha 45 üzvü də iki ildən on beş ilədək həbsə məhkum olunubdur.

Mərakeşin təhlükəsizlik qüvvələri 2017-ci ilin mayında Rif məntəqəsində yerləşən Əlhusəymə şəhərində keçirilən aksiyada Əlzəfzafini və daha iyirmi nəfəri həbs edərək, onları ümumi təhlükəsizliyi pozmaqda ittiham etmişdilər.

Mərakeşin Əlhusəymə şəhərindəki etirazlar 2016-cı ilin noyabrında bir balıq satanın polis məmurları tərəfindən öldürülməsinin ardınca başlanıbdır.

Teqlər