İyul 09, 2018 15:26 Asia/Baku
  • Avstriya prezidenti Avropada divergensiya təhlükəsi haqda xəbərdarlıq edib
    Avstriya prezidenti Avropada divergensiya təhlükəsi haqda xəbərdarlıq edib

Avstriya prezidenti xəbərdarlıq edib ki, Avropa Birliyi və Avstriya dünya şəraitinə əsasən, özünün siyasi önəmini itirməkdədirlər.

Ölkəsi iyulun əvvəlindən Avropa Birliyinin dövri sədri olan Avstriyanın prezidenti Aleksandr Van der Bellen dünən bu ölkədə çıxan "Krone Saytunq" qəzeti ilə müsahibədə deyib ki, güclü və müttəfiq Avropa tərəfdarıdır.

Van der Bellen sonra deyib ki, İngiltərənin Avropa Birliyindən çıxması məsələsi bu birliyə yetərincə xəbərdarlıq edibdir.

Avstriya prezidenti əlavə edib: Avropa Birliyinin məhvi birliyə üzv ölkələri sükansız bir gəmi kimi fırtınalı bir dənizə tapşırır və bu, Avropada yeni bir yoxsulluqla nəticələnəcəkdir.

Van der Bellen həmçinin Amerikanın Avropa Birliyi və Çin ilə ticarət savaşının başlanması, iqlim böhranı və mühacirət məsələsini Avropa Birliyinə sədrliyi dövründə Avstriyanın qarşısında duran problemlər adlandırıb və bu birlikdə daha artıq ittifaqa çağırıbdır.

Avstriya prezidenti vurğulayıb ki, Avropa Birliyi bütün bu məsələlərdə bir-birinin kənarında və birgə şəkildə addım atmalıdır.

Van der Bellen miqrantlar məsələsinə də toxunub: Müştərək Avropa siyasəti və miqrantlıq dəlilləri ilə mübarizə olmadan bu məsələnin həlli mümkünsüzdür və qanunsuz mühacirətlərin qarşısını almaq üçün qanuni immiqrasiya imkanı yaradılmalıdır.

Teqlər