ABŞ-ın İrana qarşı sanksiyaları təsirsizdir
https://azeri.sahartv.ir/news/dünya-i317013-abŞ_ın_İrana_qarşı_sanksiyaları_təsirsizdir
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müavini Amerika dövlətinin anti-İran sanksiyalarını nəticəsiz adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 09, 2018 13:03 Asia/Baku
  • ABŞ-ın İrana qarşı sanksiyaları təsirsizdir
    ABŞ-ın İrana qarşı sanksiyaları təsirsizdir

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müavini Amerika dövlətinin anti-İran sanksiyalarını nəticəsiz adlandırıb.

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müavini Frank von Hippel İranın Mehr xəbər agentliyi ilə müsahibədə deyib: Amerika 5+1 qrupunun digər üzvlərindən ayrılaraq, təcriddə qalıb və Vaşinqtonun İrana qarşı yeni sanksiyaları təsirli olmayacaqdır.

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müavini əlavə edib: Donald Tramp dövləti indiyədək Amerikanın daxilində dəhşətli və təhlükəli addımlar atıbdır.

Von Hippelin sözlərinə görə, Trampın hərəkətləri Amerikada milli bir müqavimətlə nəticələnib və bu müqavimətin ilk hədəfi, 2018-ci ilin noyabrında keçiriləcək konqres seçkilərində respublikaçıları məğlub etməkdir.

Donald Tramp 2018-ci il mayın 8-də nüvə anlaşmasından çıxdı. Trampın bu hərəkəti geniş daxili və beynəlxalq səviyyələrdə pislənildi.