Paris ilə Ərrəyad arasında təhlükəsizlik müqaviləsi imzalanıb
-
Paris ilə Ərrəyad arasında təhlükəsizlik müqaviləsi imzalanıb
Hüquq müdafiə təşkilatları və Fransa millət vəkillərinin bu ölkə prezidentini Səudiyyə koalissiyasına silah satışını məhdudlaşdırmağa çağırmalarına rəğmən Fransanın müdafiə naziri Səudiyyə Ərəbistanı ilə təhlükəsilzik-kəşfiyyat müqaviləsi imzalayıb.
Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyinin (VAS) verdiyi məlumata görə, bu müqavilə dünən Ciddədə Fransa müdafiə naziri Florans Barli ilə onun səudiyyəli həmkarı Məhəmməd Bin Salman arasında imzalanıb.
Səudiyyə mənbəyi bu müqavilənin təfərrüatına keçmədən bildirib ki, bu müqavilə Səudiyyə və Fransa müdafiə nazirləri arasında imzalanıb və gizli informasiyaların mühafizə edilməsini əhatə edir.
Bu məlumata görə, Fransa və Səudiyyə müdafiə nazirlərinin görüşündə qarşılıqlı əməkdaşlıqlar xüsusiylə müdafiə əməkdaşlıqlarının genişləndirilməsi müzakirə edilib.
Fransa ötən milad ilində 1 milyard 380 milyon avro dəyərində Səudiyyə Ərəbistanına silah satıb.