İyul 10, 2018 13:20 Asia/Baku
  • Çin İrana qarşı birtərəfli sanksiyalarla razılaşmır
    Çin İrana qarşı birtərəfli sanksiyalarla razılaşmır

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü dünən bildirib ki, Pekin İrana qarşı bir tərəfli sanksiyalarla heç cür razılaşmayacaq.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Hua Çunyinq deyib: Çin nüvə sazişinin mühafizəsi uğrundakı səylərini davam etdirəcək. 

ABŞ prezidenti Donald Tramp mayın 8-də Əhatəli Müştərək Təşəbbüs Proqramından birtərəfli qaydada çıxdı və İrana qarşı sanksiyaların yenidən bərpa olunduğunu elan etdi. 

ABŞ dövlətinin bu hərəkəti ölkə daxili və beynəlxalq səviyyədə geniş şəkildə pislənildi. 

Britaniya, Fransa, Rusiya, Çin və Almaniya eləcə də Avropa Birliyi ƏMTP-nin tərəfləri hesab olunurlar onlar bu beynəlxalq razılaşmanı dəstəkləyirlər. 

İran İslam Respublikası prezidenti Həsən Ruhani də Amerika bu razılaşmadan çıxandan sonra fərman verdi ki, bir neçə həftəyədək Avropa ölkələri, Rusiya və Çin ilə müzakirələr aparılsın və İranın mənafeyi təmin olunarsa Amerikanın istəyinin ziddinə olaraq İran ƏMTP-də qalacaqdır. 

Teqlər