İyul 11, 2018 17:36 Asia/Baku
  • Rusiya ilə qorxutmaq yalnız NATO-nun büdcəsini artırmaq üçündür
    Rusiya ilə qorxutmaq yalnız NATO-nun büdcəsini artırmaq üçündür

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü deyib: NATO-ya üzv ölkələrin daim real terrorizm təhdidləri ilə üzləşdikləri bir şəraitdə Rusiya tərəfindən saxta təhdiddən söhbət etmək qəribə və qeyri-konstruktiv bir hərəkətdir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bir radio müsahibəsində bildirib ki, bu gün Brüsseldə başlayan NATO sammitində hərbi xərclərin artırılması məsələsinin irəli sürülməsi bir daha onu göstərir ki, bu məsələ Rusiyanın təhdidlərindən müdafiə vacibliyinə bağlanır, halbuki NATO-ya üzv ölkələr real təhdidlər, o sıradan terrorizm ilə mübarizə aparmalıdırlar.

Zaxarova deyib: Rusiyadan irəli gələn təhdidlər ətrafında oyunun Amerikanın NATO-nun digər üzvləri üçün xərcləri elan və onlara NATO üzvlərinin öz təhlükəsizliklərinin xərclərini təmin etməli olmaları barədə xəbərdarlıq etməsindən sonra başlanması, keçmişdəkindən daha aşkar şəkildə olubdur.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bu hərəkəti avantürist bir roman adlandırıb və belə deyib: Öncə bu qorxunu yaradaraq, məsələyə "Rusiya" kəlməsini qoşublar, sonra isə bildiriblər ki, Amerika sizin təhlükəsizliyini əlbəttə, pul almaq qarşılığında təmin etməyə hazırdır.

Teqlər