Əfqanıstanda terror hücumunda doqquz nəfər ölüb və yaralanıb
https://azeri.sahartv.ir/news/dünya-i317240-Əfqanıstanda_terror_hücumunda_doqquz_nəfər_ölüb_və_yaralanıb
Əfqanıstanın Nəngərhar vilayətinin mərkəzi olan Cəlalabad şəhərinin təhsil idarəsinin binasına qarşı terror hücumu nəticəsində bir nəfər ölüb, səkkiz nəfər də yaralanıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 11, 2018 15:41 Asia/Baku
  • Əfqanıstanda terror hücumunda doqquz nəfər ölüb və yaralanıb
    Əfqanıstanda terror hücumunda doqquz nəfər ölüb və yaralanıb

Əfqanıstanın Nəngərhar vilayətinin mərkəzi olan Cəlalabad şəhərinin təhsil idarəsinin binasına qarşı terror hücumu nəticəsində bir nəfər ölüb, səkkiz nəfər də yaralanıbdır.

Nəngərhar valisinin sözçüsü Ətaullah Xugiyani bildirib ki, yaraqlı şəxslər partlayış qurşaqları ilə Cəlalabad şəhərinin üçüncü məntəqəsinin təhsil idarəsinin binasına hücum ediblər.

Bəzi digər əfqan mənbələr də bildiriblər ki, bu hücumda azı üç nəfər ölüb, doqquz nəfər də yaralanıbdır.

İndiyədək heç bir qrup və ya şəxs bu terror hücumunun məsuliyyətini üzərinə götürməyibdir.

Dünən Cəlalabad şəhərinə qarşı terror hücumunda da azı on nəfər ölmüş, dörd nəfər isə yaralanmışdı.

İŞİD terror qrupu bu terror hücumunun məsuliyyətini öz üzərinə götürüb.

İŞİD terror qrupu, həmçinin Taliban Nəngərhar vilayətində fəal iştiraka malikdirlər.