İyul 13, 2018 08:39 Asia/Baku
  • ABŞ-ın Xəzinədarlıq Departamenti: İrandan neft alan ölkələrə sanksiya tətbiq ediləcək
    ABŞ-ın Xəzinədarlıq Departamenti: İrandan neft alan ölkələrə sanksiya tətbiq ediləcək

ABŞ-ın xəzinədarlıq naziri cümə axşamı Vaşinqtonun İrandan neft alan ölkələrə qarşı sanksiya tətbiq edəcəyini deyib.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, ABŞ-ın xəzinədarlıq naziri Stiven Mnuçin ABŞ-ın nümayəndələr məclisinin Maliyyə Xİdmətləri Komitəsinin dinləmə iclasında Amerikanın İrandan neft idxal etməsinə görə Çinə sanksiya tətbiq edib-etməyəcəyinə dair suala cavabda deyib: Vaşinqton Çin, Rusiya, Avropa və digər ölkələrə qarşı İrandan neft aldıqları üçün sanksiyalar tətbiq etmək niyyətindədir. 

ABŞ hökuməti nüvə anlaşmasından çıxdıqdan sonra İranın neft ixracatını 4 noyabr 2018-ci il tarixinə kimi sıfıra endirəcəyini bildirib. 

Elə bu məqsədlə vaşinqton dünya ölkələrindən İrandan neft ixracatını durdurmalarını istəyib. 

Buna baxmayaraq bir çox ölkə ABŞ-ın istəyinə təslim olmayacağını bildirib. 

ABŞ hökuməti 8 may tarixində nüvə anlaşmasından çıxaraq, İrana qarşı nüvə sanksiyalarını bərpa edəcəyini bildirib. Vaşinqtonun bu hərəkəti dünya səviyyəsində geniş etirazlara səbəb olub. 

Teqlər