Amerika Yəmən xalqına qarşı cinayətlərə dəstək verir
Əbdulmalik Bədrəddin vurğulayıb: Düşmən hərtərəfli şəkildə bizə yiyələnmək ardıncadır, zira biz strateji bir məntəqədə yerləşirik.
Yəmənin Ənsarullah Təşkilatının baş katibi Əbdulmalik Bədrəddin Sənada və bu ölkənin digər şəhərlərində keçirilən "zalımlara qarşı fəryad" aksiyalarının iştirakçılarına müraciətdə "Düşmən hərtərəfli şəkildə bizə yiyələnmək ardıncadır, zira biz strateji bir məntəqədə yerləşirik" deyərək, vurğulayıb: İslam ümməti sayıqlığı qoruyaraq, Amerikanın misli görünməmiş hücumları ilə qarşıdurmada məsuliyyət hissi keçirməlidir. Amerika Yəmən xalqına qarşı bəşəriyyətə zidd cinayətləri himayə edir.
O, əlavə edib: Amerikanın və sionist rejimin regiona yiyələnmək üzrə hərəkətləri təkcə hərbi cəhətə malik olmayaraq, regionu bütün sahələrdə hədəfə alıbdır. Onlar nəinki torpaqları işğal etmək, həm də ürəkləri qəsb etmək, həmçinin region xalqlarının təfəkkürləri, mədəniyyətləri, nəzərləri və hətta gündəlik həyatlarına belə yiyələnmək istiqamətində hərəkət ediblər.
Həmçinin onların hədəfləri, regionda siyasi, iqtisadi, media və digər sahələr üzrə vəziyyətə nəzarət etməkdir. Onlar region xalqlarının xeyirxahı olmayıb, onların maraqlarının qorunması ardınca deyillər, əksinə onlar dünya səviyyəsində son dərəcə mühüm coğrafi mövqeyə malik olan bizim regionumuzun ən mühüm nöqtələrində özləri üçün hərbi bazalar yaratmaq və öz hərbçilərini oralarda yerləşdirmək, həmçinin onların vasitəsilə tam şəkildə regiona yiyələnə bilmək istəyirlər.