Almaniya xarici işlər naziri Trampın qalmaqallarına reaksiya verib
Almaniya xarici işlər naziri ABŞ prezidentinin twitter müraciətlərinin qalmaqal yaratmaq məqsədini güddüyünü bildirib.
Hayko Mas Almaniyada çıxan Şpigel jurnalı ilə müsahibədə Trampın son mövqeləri barədə belə deyib: Tramp Almaniya barədə oxşar mövzuları irəli sürməkdə yalnız reytinq qazanmaq və bəzi hallarda qalmaqal yaratmaq məqsədini güdür.
Almaniya xarici işlər naziri deyib ki, Avropa özünün uzunmüddətli nailiyyətlərini Trampın sözlərinə görə, aradan götürə bilməz. O, vurğulayıb: Avropa Birliyi müdafiə qüdrətini artırmaq ardıncadır və bu hədəfə çatmaq üçün əlindən gələni etməlidir.
Tramp NATO-nun son Brüssel sammitində Avropa ölkələrini ABŞ-ın hərbi büdcəsindən sui-istifadə etməkdə ittiham etdi, Almaniyanı isə energetika sahəsindəki yaxın əlaqələrinə görə, Rusiyanın əsiri adlandırdı.
Trampın mövqeyi Almaniya kansleri Angela Merkelin neqativ reaksiyası ilə üzləşdi.