İyul 17, 2018 15:10 Asia/Baku
  • Tramp İrana qarşı iqtisadi müharibəni etiraf edib

ABŞ prezidenti Donald Tramp İran İslam Respublikasına qarşı iqtisadi müharibə strategiyasını etiraf edib.

Donald Tramp dünən Foks Nyüsa verdiyi müsahibədə ozünün İrana qaşı iqtisadi müharibə strategiyasını etiraf edərək eyni zamanda iddia edib ki, Amerikanın nüvə razılaşmasından çıxmasından sonra İranda vəziyyət qarışıb.

Tramp etiraf edib ki, Amerika İranda hərhansı iğtişaşı və narazı cərəyanı dəstəkləyir.

Tramp İran xalqına dəstək olduğunu elə bir şəraitdə iddia edir ki, Amerika sanksiyaların xalqın məişətinə təsirinə etina etmədən İran xalqına qarşı maliyyə və iqtisadi təzyiqləri artırmağa cəhd göstərməkdədir.

Tramp həmçinin Vladimir Putin ilə görüşünə toxunaraq deyib ki, Putinin nüvə razılaşmasını dəstəkləməsi Rusiya ilə İran arasındakı ticarət mübadilələrinə görədir və bu göstərir ki, nüvə razılaşması Moskvanın xeyrinədir.

 

Teqlər