İyul 19, 2018 22:08 Asia/Baku
  • Almaniya rəsmiləri Tramp əleyhinə mövqe sərgiləyiblər

Almaniya prezidenti və xarici işlər naziri ABŞ prezidentinin siyasətləri və hərəkətləri qarşısında müqavimət və onunla mübarizəni istəyiblər.

Almaniya prezidenti Frank Valter Ştaynmayer Şpigel həftəliyi ilə müsahibədə ABŞ prezidenti Donald Trampın siyasətindəki funksiyasının Berlin üçün təhlükə olduğunu bildirərək Avropanın bu şəraitdə daha uyğun mövqe sərgiləməsini istəyib. 

Almaniya xarici işlər naziri Hayko Mas da Trampın Avropa Birliyinə son hücumları, bu müttəfiqin özünü düşmən kimi dəyərləndirməsinə toxunaraq deyib: ABŞ prezidentinin Avropa səfəri onun davranışlarının diplomatiya üçün böyük problem olduğunu göstərdi. 

Trampın ticarət siyasətləri, Avropa məhsullarının idxalına rüsumlar tətbiq etməsi Avropa Birliyi, o cümlədən Almaniyanın etirazına səbəb olub. 

ABŞ prezidenti bundan öncə müxtəlif ölkələr, o cümlədən Avropa Birliyi, Meksika, Kanada və Çindən idxal olunan polad və alüminiuma ağır rüsumlar tətbiq edib. 

Brüssel dəfələrlə ABŞ-ın ticarət siyasətlərinə qarşı olduğunu bildirib. 

Teqlər