Amerikada Trampın siyasətlərinə qarşı aksiyalar davam edir
Amerikada Trampın siyasətlərinə qarşı çıxanlar səkkizinci gün dalbadal aksiya keçiriblər.
Trampa qarşı aksiyaların səkkizinci günündə əllərində plakatlar tutmuş aksiyaçılar Ağ Evin qarşısında şüarlar verərək, bir daha onun siyasətlərinə etiraz edib və onun zindana salınmasını tələb ediblər.
Son Amerika prezident seçkilərinin demokrat namizədi Hillari Klintonun sabiq müşavirlərindən olan bu aksiyanın təşkilatçısı bildirib ki, həmin aksiya yenə də davam edəcək.
Bazar günü də Tramp və həyat yoldaşı Melaniya Nyu-Cersi tətillərindən geri dönərkən etiraz dalğası ilə üzləşdilər.
Son aksiya Trampın Finlandiyada Rusiya prezidenti Vladimir Putin ilə birgə mətbuat konfransında söylədiyi sözlərə etiraz olaraq keçirilir. Tramp bu mətbuat konfransında bildirdi ki, Rusiya 2016-cı il Amerika prezident seçkilərinə müdaxilə etməyibdir.