Myanmada Röyters-in müxbiri mühakimə olunub
Röyters xəbər agentliyinin həbs olunmuş müxbiri Myanmadakı bir məhkəmə iclasında deyib ki, onun bu ölkədə dövlət sirlərinin qorunması qanunlarını pozmaqda məhkum edildiyi sənədləri Myanmanın polis məmurlarından biri planlaşdırılmış formada ona vermişdi.
Va Lun öz məhkəmə iclasında bildirib ki, ruhinqalı müsəlmanların Myanmanın qərbindəki Raxin əyalətində qırğın edilmələri məsələsini təsvir və xəbər baxımından işıqlandırdığı üçün Myanmanın ordu qüvvələri tərəfindən həbs olunubdur.
Myanma ordusunun və ifratçı buddistlərin 2017-ci il avqustun 25-dən bəri Raxin əyalətində ruhinqalı müsəlmanlara qarşı hücumlarında altı mindən çox ruhinqalı müsəlman öldürülüb, səkkiz min nəfər yaralanıb və təqribən bir milyon nəfər də Banqladeşə didərgin düşübdür.
BMT bundan öncə Myanma ordusunu bu ölkədə irqi təmizləmə amili və dünyanın ən pis ordusu kimi təqdim edibdir.