ABŞ Senatı prezident Trampın immiqrantlara qarşı siyasətləri ilə mübarizədə məğlub olub
İyul 26, 2018 10:11 Asia/Baku
ABŞ Senatının demokrat və respublikaçı üzvləri uşaqların immiqrant valideynlərdən alınmasına son qoymaq üçün irəli sürülən təkliflər ilə müxalifət ediblər.
"Hill" informasiya portalının verdiyi məlumata görə, amerikalı senatorlar çərşənbə günü uşaqların qanunsuz immiqrant valideynlərindən alınması siyasətini durdurmaq üçün iki layihə təqdim ediblər. Amma, bu layihələrdən heç biri təsdiq olunmayıb.
ABŞ Konqresinin informasiya portalı olan "Hill" yaranmış vəziyyəti Senatda Trampın immiqrantlarla bağlı siyasətləri ilə mübarizə aparmaq üçün partiyalar arasındakı ixtilafların dərinləşməsinin nəticəsi adlandırıb.