İyul 27, 2018 10:01 Asia/Baku
  • Vaşinqton İran, Çin və Rusiyanı ABŞ şirkətlərinə qarşı
    Vaşinqton İran, Çin və Rusiyanı ABŞ şirkətlərinə qarşı "iqtisadi casusluq"da ittiham etdi

ABŞ-ın Milli Kəşfiyyat Təşkilatının qrumlarından olan Əks-Kəşfiyyat və Təhlükəsizlik Milli Mərkəzi cümə axşamı yaydığı hesabatda İran İslam Respublikası, Çin və Rusiyanı ABŞ şirkətlərinə qarşı "iqtisadi casusluq"da ittiham edib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, ABŞ-ın Əks-Kəşfiyyat və Təhlükəsizlik Milli Mərkəzi öz hesabatında Çin, Rusiya və İranı ABŞ-ın ticarət sirlərini və mülkiyyət məlumatlarını oğurlamaqda ittiham edib. 

Bu hesabatda Çin, Rusiya və İran iqtisadi casusluqda və ticarət informasiyalarının oğurlanmasında ən bacarıqlı və ən aktiv ölkələr elan olunublar. 

Bu hesabatda həmçinin iddia edilir ki, Çin, Rusiya və İran peşəkar hakerlər və internet casuslarından habelə, Amerikada təhsil alan tələbələri tərəfindən əldə edilən informasiyalardan istifadə edərək, Vaşinqton əleyhinə fəaliyyət göstərirlər. 

Çin, Rusiya, İran və Şimali Koreya davamlı olaraq ABŞ əleyhinə kiber hücumları rədd edirlər. 

Teqlər