İyul 27, 2018 11:13 Asia/Baku
  • Beynəlxalq Haaqa Məhkəməsi İranın ABŞ əleyhinə şikayətinə baxacağı zamanı açıqladı
    Beynəlxalq Haaqa Məhkəməsi İranın ABŞ əleyhinə şikayətinə baxacağı zamanı açıqladı

Beynəlxalq Haaqa Məhkəməsi ABŞ-ın İrana qarşı qeyri-qanuni sanksiyalar tətbiq etməsinə dair Tehranın şikayət ərizəsini aldıqdan 10 gün sonra bu şikayətə baxılacaq zamanı elan edib.

İRİB-nin verdiyi məlumata görə, Beynəlxalq Haaqa Məhkəməsi cümə axşamı bir bəyanat yayaraq, bildirib: 27-30 avqust tarixlərində ardıcıl olaraq 4 gün ərzində təşkil ediləcək 4 məhkəmə iclasında İranın ABŞ əleyhinə şikayəti araşdırılacaq. 

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü 16 iyulda İranın ABŞ əleyhinə Beynəlxalq Haaqa Məhkəməsinə şikayət etdiyini deyərək, bu şikayətin ABŞ tərəfindən İrana qarşı beynəlxalq öhdəlikləri xüsusilə 1955-ci ildə iki ölkə arasında imzalanmış "dostluq, iqtisadi əməkdaşlıq və konsulluq hüququ" anlaşmasını pozmasına əsaslandığını bildirib. 

Teqlər