ABŞ hökuməti yüzlərlə uşağın valideyninə qovuşmasına mane oldu
https://azeri.sahartv.ir/news/dünya-i318585-abŞ_hökuməti_yüzlərlə_uşağın_valideyninə_qovuşmasına_mane_oldu
ABŞ hökuməti bu ölkənin Meksika ilə sərhədində yüzlərlə uşağın öz valideyninə qovuşmasına mane olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 27, 2018 10:48 Asia/Baku
  • ABŞ hökuməti yüzlərlə uşağın valideyninə qovuşmasına mane oldu
    ABŞ hökuməti yüzlərlə uşağın valideyninə qovuşmasına mane oldu

ABŞ hökuməti bu ölkənin Meksika ilə sərhədində yüzlərlə uşağın öz valideyninə qovuşmasına mane olub.

Röyters İnformasiya Agentliyinin məlumatına görə, ABŞ hökuməti iddia edib ki, bu ölkənin Meksikailəsərhədində öz valideynlərindən ayrılan 711 uşaq öz ailələrinə qoşulmaq üçün lazımi şəraitə malik deyil.

Bu uşaqlar öz valideynlərindən elə bir şəraitdə ayrı yaşayırlar ki, ABŞ məhkəməsinin uşaqların öz valideynlərinə qaytarılması üzrə təyin etdiyi vaxt sona çatıb.

ABŞ hökumətinin iddiasına görə, lazımi şəraitə malik min dörd yüz qırx iki uşaq valideyninə təhvil verilib.