Putin: ABŞ-ın sanksiyaları dollara olan etimadı zəiflədib
İyul 27, 2018 20:38 Asia/Baku
-
Putin: ABŞ-ın sanksiyaları dollara olan etimadı zəiflədib
Rusiya prezidenti ABŞ prezidentinin sanksiyalara əsaslanan baxışını tənqid edərək, deyib: Vaşinqtonun sanksiyaları dünyada dollara olan etimadın azalmasına səbəb olub.
Röyters bildirib: Rusiya prezidenti Vladimir Putin cümə günü Cənubi Afrikanın paytaxtı Yuhanesburq şəhərində deyib: Heç kim valyutadan bir silah kimi istifadə olunacağını gözləmirdi.
Putin əlavə edib: Rusiya və Amerika qlobal böhranlar o cümlədən Hərtərəfli Birgə Təşəbbüs Proqramı (İran ilə nüvə anlaşması) barədə dialoq aparmalıdırlar.
Putin bu xüsusda amerikalı həmkarı Donald Tramp ilə bir daha görüşməyə hazır olduğunu deyib.
Putin "BRİKS" iclasında iştirak etmək üçün Cənubi Afrikaya səfər edib.