Trampın əxlaqsızlığı barədə yeni biabırçılıq!
İyul 28, 2018 10:26 Asia/Baku
-
Trampın əxlaqsızlığı barədə yeni biabırçılıq!
Amerika prezidenti ilə qanunsuz əlaqəsi qalmaqala səbəb olmuş əxlaqsız filmlər aktrisası Stormi Deniels bildirib ki, oxşar məhkəmə işlərində daha üç qadının vəkilliyini üzərinə götürübdür.
Bu şəxslərin vəkili dünən deyibdir ki, hər üç qadına 2016-cı il prezident seçkilərindən öncə müxtəlif yollarla susmaq pulu verilmişdi.
Trampın ozamankı vəkili Maykl Kohen Stormi Denielsə də 130 min dollar verərək, onunla ifşa etməmək barədə bir müqavilə imzalamışdı.
Hazırda Stormi Deniels bu əhdnaməyə sadiq olmadıqlarına görə, Trampdan və Kohendən şikayət edibdir.
Amerika prezidenti seçki rəqabətlərindən bəri dəfələrlə əxlaqsızlıqda və qadınlara qarşı cinsi zorakılıqda ittiham olunubdur.